download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Dəstək
    Sual-cavab
    Dəstək
    SIM kart

    Business nömrəsini necə əldə etmək olar?

    • Əgər şirkətiniz bizim korporativ tərəfdaşımızdırsa, şirkətinizin kuratoruna yaxınlaşmalısınız.
    • Dövlət qulluqçususunuzsa, şəxsiyyət vəsiqənizlə və xidməti vəsiqənizlə birlikdə bizim Xidmət Mərkəzlərimizdən birinə yaxınlaşmalısınız.
    • Business nömrəsini, sadəcə şəxsiyyət vəsiqəsi gətirərək (fərdi abunəçi kimi) əldə etmək istəyirsinizsə Xidmət Mərkəzlərimizdən birinə yaxınlaşa bilərsiniz ki, burada sizə tariflərdən biri təklif olunacaq.


    Korporativ müştəri olmaq və şirkətlər üçün Business nömrələrini əldə etmək üçün nə etmək lazımdır?

    Bunun üçün bir sıra sənədlər təqdim etmək lazımdır:

    • Şirkətin Nizamnaməsinin surəti (təşkilatın orijinalla eyni möhürü ilə birlikdə).
    • Hüquqi şəxsin qeydiyyatdan keçdiyini təsdiq edən və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti.
    • Vergilər Nazirliyi tərəfindən vergi ödəyən şəxsə identifikasiya nömrəsinin verilməsi haqqında VÖEN xəbərdarlığı (təşkilatın möhürlü və ‘əsli ilə eyni olan’ surəti).
    • Təşkilatın rəhbərinin vəzifəyə keçməsi haqqında əmrin ((Əmr № 1) surəti şirkətə aid blankda və təşkilatın möhürü ilə.)).
    • Təşkilat rəhbərinin pasportunun surəti.
    • Bank rekvizitləri.

    İnternet

    Business abunəçiləri internet paketlərindən istifadə edə bilərlərmi?

    • Business abunəçiləri istənilən Bakcell İnternet paketini əldə edə bilərlər.
    Tariflər

    Business öz abunəçilərinə hansı tarifləri təklif edir?

    • Korporativ abunəçilər öz şirkətləri tərəfindən təklif edilən tariflər haqqında ətraflı məlumatı öz kuratorlarından əldə edə bilərlər.
    • Fərdi abunəçilər belə məlumatı əldə etmək üçün Xidmət Mərkəzlərimizdən birinə yaxınlaşa bilərlər.
    Ödənişlər

    Business nömrəsinin balansını necə artırmaq olar?

    • Siz nömrənizin balansını ödəniş kartını yükləməklə, bankomat vasitəsilə və ya internetdə ödəniş etməklə artıra bilərsiniz.
    Dəstək

    Business abunəçiləri Bakcell şirkəti ilə necə əlaqə yarada bilərlər?

    • 555 qısa nömrəsinə zəng etməklə. Business abunəçiləri üçün zəng pulsuzdur.
    • 0124988989 şəhər nömrəsinə zəng etməklə.
    • Abunəçi rouminqdədirsə və yaxud digər operatorların nömrəsindən istifadə edirsə, 0550000555 nömrəsinə zəng etməklə.
    • Bakcell şirkətinin Xidmət Mərkəzlərindən birinə yaxınlaşmaqla.
    • business@bakcell.com elektron ünvanına məktub göndərməklə.
    • Öz müraciətinizi SMS vasitəsilə 555 nömrəsinə göndərməklə. Bir SMS-in qiyməti 0,25 ₼-dir.
    Mobil tətbiqlər

    Bakcell mobil tətbiqi

    • “Bakcell”in istifadəyə verdiyi özünəxidmət tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac qalmadı. Bu tətbiqetməni yükləyən Bakcell abunəçiləri çox rahat şəkildə aşağıda qeyd olunanları edə bilərlər: Xidmətləri, internet və rouminq paketlərini aktiv və ya deaktivasiya etmək, istifadə olunan internet paketlərinin qüvvədən düşmə tarixini və balansını öyrənmək, tariflər və bütün digər təkliflər barədə məlumat almaq və onlara qoşulmaq, balans əməliyyatlarını icra etmək və hətta nömrəyə dair izahlı qaimə əldə etmək olur. Abunəçi istifadə etdiyi mobil cihazın modelindən asılı olaraq Android yaxud iOS platformasından mobil tətbiqi yükləyə bilər.


    Ulduzum mobil tətbiqi

    • Bu pulsuz tətbiq ilə bütün Bakcell abunəçiləri 350-dən çox Ulduzum partnyorlarının bir çox imtiyazlarından və dəyərli xidmətlərindən faydalana bilər.