download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Sabit rabitə xidmətləri
    Biznesdə yüksəksürətli və sabit internet axtaranlar üçün.
    Fiber-optik (FO) internet
    Biznesin dinamik templərini dəstəkləyən yüksək keyfiyyətli, sabit və sürətli internet axtaranlar Azərbaycanın ən sürətli mobil şəbəkəsi “Bakcell”dən fiber-optik internetini seçir. Ölkənin müxtəlif sahələrindən olan Kapital Bank, Paşa Sığorta, Elektron İnkişafı Hökümət Portalı, ABŞ səfirliyi, AzəriKard, Coca Cola, SOCAR, Azərsun, Şahdağ turizm agentliyi, SCHLUMBERGER LOGELKO INC. və s. kimi 500-dən çox yerli və xarici şirkətlər bizim müştərilərdir. Bakcell şirkətinin xüsusi fiber-optik avadanlıqları kiçik, orta və böyük şirkətlər üçün asanlıqla qoşulur. Sürəti 940 Mb/s çatan etibarlı fiber-optik kabel sistemimizə qoşulmaqla siz irihəcmli məlumatları ən qısa zamanda göndərəcəksiniz və əldə edəcəksiniz.
    10-20 Mb/s
    Razılaşma
    21-50 Mb/s
    Razılaşma
    51 -100 Mb/s
    Razılaşma
    101 - 500 Mb/s
    Razılaşma
    500 Mb/s və yuxarı
    Razılaşma
    Kolokasiya - Data mərkəzi
    Şirkətin kiçik və orta sahibkarlara təqdim etdiyi kolokasiya, təhlükəsiz infrastruktur, hostinq xidmətləri müştərilərə öz bizneslərini gücləndirməyə və təhlükəsizliyini təmin etməyə imkan verir.
    SAY
    Ədəd
    Bölmə
    QİYMƏT
    50 ₼
    800 ₼
    SIP nömrə
    30 ₼ bir dəfəlik
    7 ₼ / ay
    SIP kanal
    15 ₼ bir dəfəlik
    3.50 ₼ / мес.
    DDoS hücum əleyhinə
    DDoS (Distributed Derial of Service) hücumu zamanı veb səhifəni dağıtmaq üçün, şəbəkəyə bir neçə kompyuterdən sorğular göndərilir. Yoluxmuş kompyuterlərdən biri mərkəz kimi istifadə edilir və digər kompyuterlərdən edilən hücumları idarə edir. Təqdim etdiyimiz DDoS hücum əleyhinə müdafiə xidməti, kiber hücumlar zamanı xidmətin etibarlı müdafiəsini təmin edir.
    TRAFİK
    1 - 100 Mb/s
    6 ₼
    TRAFİK
    101 - 1000 Mb/s
    4.50 ₼
    PORT – Təhlükəsiz korporativ şəbəkə

    Məsafədən asılı olmayaraq, fərqli məkanlarda yerləşən ofislərinizi təhlükəsiz Bakcell Business şəbəkəsi ilə əlaqələndirin. Bizim xidmətlər bütün ölkəni əhatə edir. Biz təklif edirik:

    • Yüksək və sabit sürət;
    • Təhlükəsiz port;
    • Mühafizə edilmiş kanal;
    • Sərfəli və rəqabətə davamlı qiymətlər.
    TRAFİK
    10 MB/s
    100 MB/s
    1 GB/s
    10 GB/s - Bakı
    10 GB/s - Bölgələr
    QİYMƏT
    Razılaşma
    Razılaşma
    Razılaşma
    Razılaşma
    Razılaşma
    Ayrılmış kanal

    Bizim ayrılmış kanal xidmətlərimiz Azərbaycan Respublikası daxilində (Naxçıvan Muxtar Respublikasını da əhatə edən) müxtəlif həcmdə şirkət və dövlət qurumlarının uzaq şöbələrini birləşdirmək məqsədi daşıyır. Bununla da müəssisələrin fəaliyyətinin daha səmərəli qurulması üçün şərait yaradırıq. Biz işgüzar fəaliyyət sahələrinə “bir nöqtə ilə digər nöqtəni”, yaxud “bir nöqtə ilə digər nöqtələri” əlaqələndirən xidmətlər təklif edir. Bununla məlumatların yüksək sürətlə ötürülməsi və korporativ şəbəkələrin təşkil olunması təmin edilir. Ayrılmış kanal xidmətinə aşağıdakılar daxildir:

    • E1s-dən STM64-dək DWDM və SDH protokolları vasitəsilə yüksək tutumlu xətlərin təqdim edilməsi;
    • 10 MB-dan 10 GB-dək VPN Ethernet xəttinin təqdim edilməsi;
    • VPN (Virtual Özəl Şəbəkə) təqdim edilməsi;
    • Fiber optik kabellərin quraşdırılması, istismarı və servisi;
    • Azərbaycana və kənara beynəlxalq ayrılmış kanalların təqdim edilməsi.
    VLAN
    Razılaşma
    IP ünvan
    Razılaşma

    İnternet vasitələri üçün biznes həllər

    İşlərinizə uyğun sərfəli seçim paketi.
    Ətraflı
    İnternet vasitələri üçün biznes həllər