download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Haqqımızda
    Biz kimik?
    Haqqımızda
    Ümumi məlumat
    Bakcell Azərbaycanda mobil rabitə xidməti göstərən ilk şirkətdir.

    Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell 3 milyondan artıq abunəçini geniş çeşidli və yüksək keyfiyyətli müasir telekommunikasiya xidmətləri (zəng və mobil internet) ilə təmin edir.

    Hazırda 9 minə yaxın baza stansiyası ilə Bakcell şəbəkəsi Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin 98.1%-ni əhatə edir.

    Bakcell 2022-ci ildə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında mobil rabitə şəbəkəsinin genişləndirilməsinə 23 milyon manat həcmində investisiya yatırıb. Hazırda Qarabağda qurulmuş 100-dən çox baza stansiyası vasitəsilə şirkət işğaldan azad edilmiş ərazilərimizin bərpası və zəruri infrastrukturun yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdə fəal iştirak edir. 

    Bakcell şirkəti müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən şaxələnmiş şirkətlər qrupu olan “NEQSOL Holding”ə daxildir. Qrupun əsas fəaliyyət istiqamətlərinə neft və qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri daxildir. Qrup daxilində şirkətlərin əməliyyatları və göstərdiyi xidmətlər Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələri əhatə edir.

    İş adamı və xeyriyyəçi Nəsib Həsənov NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun təsisçisi və 100%-lik tam sahibidir. Cənab Həsənov Bakcell şirkətinin yeganə son faydalanan sahibidir.

    Azərbaycanın ən sürətli mobil şəbəkəsi

    “Bakcell”in təmin etdiyi keyfiyyətli mobil İnternet xidmətlərinə beynəlxalq səviyyədə də yüksək qiymət verilir. Belə ki, 2018, 2019, 2021 və 2022-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat Şirkətə “Speedtest” xidmətinə görə bütün dünyada tanınan “Ookla” şirkəti tərəfindən təqdim edilib. 

    2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə” adına layiq görülüb (“Best in Test”).

    İnnovativ texnologiyalar və rəqəmsal müştəri təcrübəsi

    Bakcell müasir rabitə xidmətləri istifadəçilərini onların arzu və tələblərini qarşılamaq üçün yaradılmış ən son həllər və yeniliklərlə təmin edir. 

    Bakcell abunəçilərinin rahatlığı üçün yaradılmış “Mənim Bakcellim” mobil tətbiqi ölkənin telekommunikasiya bazarında ilk və ən innovativ müştəri xidməti alətidir. Bu tətbiq sayəsində nömrə ilə bağlı məlumat almaq və yaxud müxtəlif əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac qalmır. 

    2022-ci ildə Bakcell Azərbaycanda ilk dəfə olaraq e-SIM texnologiyasını istifadəyə verib.  Yeni nəsil SIM texnologiyası olan eSIM Bakcell abunəçilərinə mobil şəbəkəyə qoşulmasını və rabitə xidmətlərindən istifadəni xeyli sadələşdirən yeni imkanlar yaradır. Bu texnologiya sayəsində plastik SIM karta ehtiyac qalmır. Həmçinin, eSIM vasitəsilə tək SIM kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.

    2022-ci ildə təqdim olunan VoLTE texnologiyası smartfon istifadəçilərini daha sürətli, aydın və kəsintisiz səs xidmətləri ilə təmin edir. Bu ən müasir səs texnologiyası Bakcell abunəçiləri üçün əlavə imkanlar da yaradır. Belə ki, bundan sonra eyni vaxtda həm telefonla danışmaq, həm də LTE şəbəkəsində internetdən tam şəkildə yararlanmaq mümkün olacaq. 

    Bundan əlavə, ölkənin ən geniş-miqyaslı loyallıq proqramlarından biri hesab olunan “Ulduzum” proqramını həyata keçirməklə Bakcell öz müştərilərini eksklüziv endirim və üstünlüklərlə təmin edir.

    Etibarlı biznes tərəfdaşı

    Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən minlərlə korporativ müştəriyə xidmət edir. Bakcell ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara mobil telekommunikasiya sahəsində istənilən növ xidməti göstərməyə hazırdır. Bakcell özünün korporativ abunəçilərinə təhlükəsiz və etibarlı rabitə təqdim etməklə daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərməklə ölkə iqtisadiyyatının və ümumi biznes sektorunun inkişafına töhfə verir.

    Korporativ Sosial Məsuliyyət
    1
    “Bakcell Stars”Bakcell artıq 10 ildən artıqdır ki, ölkənin ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramlardan biri olan “Bakcell Stars” proqramını həyata keçirir.
    2
    “Milli KSM Mükafatı”KSM sahəsində uğurlu fəaliyyətinə görə Bakcell şirkəti 2019, 2020 və 2021-ci illərdə “Milli KSM Mükafatı”na layiq görülüb.
    3
    Xüsusi qayğıŞirkət bir sıra yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir, gənclərin və qadınların və digər həssas əhali qruplarının nümayəndələrinin məşğulluq imkanlarının artırılmasına töhfə verir. Bununla yanaşı, şəhid və qazilərin ailə üzvlərinə qayğı və diqqətin göstərilməsi Bakcell şirkətinin KSM proqramının əsas istiqamətlərindən biridir.