download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
  • Haqqımızda
    Backcell
    Loading...
    icon

    Xəta

    Haqqımızda
    Biz kimik?
    Haqqımızda
    Qısa məlumat

    Bakcell Azərbaycanın ilk mobil operatorudur

    Bakcell Azərbaycanda mobil rabitə xidməti göstərən ilk şirkətdir. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell 3 milyondan artıq abunəçini geniş çeşidli və yüksək keyfiyyətli müasir telekommunikasiya xidmətləri (zəng və mobil internet) ilə təmin edir.

    Ətraflı arrow
    Klaus Müller
    BAŞ İCRAÇI DİREKTOR
    Klaus Müller
    Telekommunikasiya sahəsində 30 ildən çox iş təcrübəsinə malik olan Klaus Müller Avropanın bir çox böyük telekommunikasiya şirkətlərində rəhbər vəzifələrdə çalışıb. O, Almaniya, ABŞ, Macarıstan, Azərbaycan və digər ölkələrdə iri telekommunikasiya şirkətlərində genişmiqyaslı transformasiya proqramları və strategiyaların həyata keçirilməsi ilə bağlı zəngin təcrübəyə malikdir. Klaus Müller Almaniya, İspaniya və ABŞ-da iqtisadiyyat, strateji idarəetmə və biznesin idarə edilməsi üzrə təhsil alıb və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
    Bakcell abunəçilərinin nəzərinə

    Xəbərlər

    Bakcell abunəçilərinin nəzərinəDaim yenilənən dövrdə abunəçilərə ən son innovativ həlləri təqdim etmək, dəyişikliyə çevik adaptasiya, xidmət keyfiyyətinin daha da yüksəldilməsinə ehtiyac duyulur. Bunu nəzərə alaraq, Bakcell şirkəti 1 may 2024-cü il tarixindən etibarən aşağıda qeyd olunan tarif və xidmətlərə yeni qiymət strukturu təqdim edəcək.Məqaləni oxuyun
    3-dən 1

    Uğurlu karyera qurmaq üçün

    Bakcell komandasına qoşul
    Vakansiyalar
    Uğurlu karyera qurmaq üçün
    Əməkdaşlıq üçün
    icon
    Sponsorluqla bağlı müraciətSponsorluq üçün müraciət forması aşağıdan yükləyin. Müraciət formasını doldurduqdan sonra lütfən info@bakcell.com elektron poçt ünvanına göndərin.Yüklə
    icon
    Əməkdaşlıqla bağlı müraciətBizimlə əməkdaşlıq etmək istəyirsinizsə, lütfən müraciət formasını doldurun.Davam et

    Hörmətli jurnalistlər,

    Zəhmət olmasa, suallarınızı media@bakcell.com elektron poçt ünvanına göndərin. Məktubunuzun sonunda öz adınızı və təmsil etdiyiniz KİV-nin adını qeyd edin.

    Məktubu göndərdikdən sonra siz onun çatması haqqında bildiriş alacaqsınız. Bu, sualınızın cavabı deyil. Suallara cavab adətən, sorğunun həcmindən asılı olaraq bir neçə iş günü ərzində verilir. Cavabların hazırlanması ilə bağlı gecikmə olduğu halda əməkdaşlarımız sizinlə əlaqə saxlayacaq.

    Biz sizinlə əməkdaşlığı yüksək qiymətləndiririk!

    Təşəkkür edirik!

    Media ilə əlaqə
    /media/uploads/images/103-Media-inquires.png

    Bakcell MMC bütün iş münasibətlərində peşəkar, ədalətli və dürüst davranmağa çalışır. Şirkətimiz Rüşvət və Korrupsiya ilə Mübarizə Sistemlərinin yaradılması mərhələsindədir. Bu sistemlər şəffaf, səmərəli və risksiz bir korporativ mühit yaratmaq üçün hazırlanmışdır və Bakcell şirkəti daxilində korrupsiya risklərinin qarşısının alınmasına yönəlmiş beynəlxalq və yerli təcrübə və normaları əhatə edir. Bu sistemlər vasitəsi ilə hər hansı bir maraqlı şəxsin rüşvət və korrupsiya ilə mübarizə çərçivəsində pozuntular və ya pozuntular haqqında şübhə barədə bizə məlumat verməsinə şərait yaradırıq.

    Yuxarıda təsvir olunan hallarda, zəhmət olmasa qaynar xətt kanallarımızdan istifadə edin: compliance@bakcell.com elektron poçt ünvanı və mobil telefon: +994555907006.

    Antikorrupsiya fəaliyyəti
    /media/uploads/images/17.anti-bribery.png