download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    XİDMƏTLƏR
    VoLTE
    Daha sürətli, aydın, kəsintisiz bağlantı
    XİDMƏTLƏR
    Üstünlüklər
    /media/uploads/icons/Service_card_Icon_1.svg
    Daha aydın səs
    /media/uploads/icons/Service_card_Icon_2.svg
    Daha sürətli zəng bağlantısı
    /media/uploads/icons/Service_card_Icon_3.svg
    4G keyfiyyətli zəng və internet eyni anda
    /media/uploads/icons/Service_card_Icon_4.svg
    Yüksək texnologiya eyni qiymətə
    Bunun üçün nə lazımdır?
    1
    VoLTE dəstəkləyən cihaz
    2
    4G SIM kart
    3
    4G əhatə dairəsi
    4
    Xidməti aktivləşdirmək
    VoLTE aktivləşdirilməsi
    VoLTE-ni smartfonunuzda aktivləşdirmək üçün təlimat aşağıdadır:
    /media/uploads/images/Adnroid_Step_1_-_AZ.png
    Addım 1.
    "Parametrlər" seçin
    Addım 2.
    "Bağlantılar" seçin
    Addım 3.
    "Mobil şəbəkələr" seçin
    Addım 4.
    VoLTE aktivləşdirin
    VoLTE-ni dəstəkləyən cihazları yoxlayın
    Cihazın modelini daxil edin
      VoLTE nədir?

      VoLTE ən müasir səs texnologiyasıdır. Bu texnologiya sayəsində zəng zamanı internetdə kəsinti olmayacaq. Səsləri maksimum aydın eşidə və dərhal bağlantı qura biləcəksiniz.

      VoLTE harada tutur?

      VoLTE şəbəkəsi Bakcell 4G (LTE) əhatə dairəsinin hər yerində mövcuddur.

      Hansı mobil cihazlar VoLTE şəbəkəsini dəstəkləyir?

      VoLTE şəbəkəsini dəstəkləyən mobil cihazların siyahısını saytda yoxlaya bilərsiniz.

      VoLTE zənglərinin qiyməti neçəyədir?

      VoLTE xidməti üçün əlavə ödəniş yoxdur. Daxil olan və çıxan zənglər cari tarif planınızın şərtlərinə uyğun olaraq hesablanır.

      VoLTE şəbəkəsində SMS göndərmək/qəbul etmək mümkündür?

      Bəli, SMS göndərilməsi və qəbulu həmişəki qaydada həyata keçirilir.

      VoLTE şəbəkəsi itərsə, nə baş verir?

      VoLTE-dən 3G/2G-ə keçid zamanı söhbət fasiləsiz davam edəcək, sadəcə səs keyfiyyəti 3G/2G şəbəkəsi səviyyəsində olacaq.

      VoLTE və 3G/2G zəngləri arasında keyfiyyətdə fərq var?

      VoLTE istifadə edərkən səs keyfiyyəti 3G/2G şəbəkələrində olandan qat-qat yüksəkdir. VoLTE abunəçisi zəng edəndə əlaqə 1,5-2 saniyə ərzində baş tutur.

      VoLTE internetdən istifadə edirmi?

      Xeyr. VoLTE şəbəkəsində zəng olan zaman, internet sərf edilmir və heç bir trafik çıxılmır. Sadəcə VoLTE sayəsində zəng zamanı internetdə kəsinti olmayacaq.

      VoLTE rouminqdə işləyir?

      VoLTE şəbəkəsi Azərbaycanda işləyir və rouminq zənglərini əhatə etmir.

      Mənim SİM kartım VoLTE texnologiyasını dəstəkləyir?

      SİM kart LTE şəbəkəsini dəstəkləyirsə, VoLTE səs texnologiyasından faydalana bilərsiniz. Yoxlamaq üçün *303# yığın.

      Zəngin VoLTE vasitəsilə olduğunu necə bilmək olar?

      Mobil cihazınızın modelindən asılı olaraq, zəng zamanı siz ekranın yuxarı sağ küncündə VoLTE işarəsini görəcəksiniz. Bu o deməkdir ki, zəng VoLTE şəbəkəsində edilir.

      VoLTE ancaq Bakı şəhərini əhatə edir?

      Xidmət bütün ölkə üzrə təqdim olunur. 4G şəbəkəsinin dəstəklədiyi hər yerdə VoLTE-dən faydalanmaq mümkündür.

      VoLTE “Qonaq ol” xidmətini dəstəkləyir?

      VoLTE texnologiyası müvəqqəti olaraq “Qonaq ol” xidmətini dəstəkləmir.

      VoLTE videozəngdə keyfiyyətli görüntü təqdim edir?

      VoLTE səs keyfiyyətini əsas götürən xidmət şəbəkəsidir. Zənglər zamanı səslər yüksək keyfiyyətdə eşidilir.

      VoLTE xidmətinin deaktivasiyası.

      VoLTE xidmətini deaktivasiya etmək üçün lütfən *303#1# yığın və mobil cihazınızın menyusunda VoLTE şəbəkəsini söndürün.