download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    XİDMƏTLƏR
    Hamısı sizin rahatlığınız üçün
    XİDMƏTLƏR
    Səsli Mesaj Xidməti

    Fasiləsiz əlaqə saxlayın!

    Telefonunuz söndürülmüş olsa, əhatə dairəsindən kənarda olsanız və ya Sizə zəng edən abunəçiyə dərhal cavab verə bilməsəniz belə Səsli Mesaj Xidməti baş verənlərdən xəbərdar olmanıza imkan yaradır. Səsli Mesaj Xidməti vasitəsilə Sizə zəng edən hər bir kəs Sizin üçün səsli mesaj saxlaya bilər və Siz bu mesajı nəinki mobil telefonunuzdan, hətta istənilən digər telefondan və ya rouminqdə olarkən belə dinləyə bilərsiniz.

    Yeni səsli mesajınızın olması barədə dərhal xəbər tutmanız üçün Bakcell bu barədə Sizə SMS göndərəcək. Bakcell Sizə aşağıdakılardan pulsuz faydalanmağı təklif edir:


    • Səsli Mesaj Xidmətini aktivləşdirmək, yenidən qoşulmaq və deaktivasiya etmək
    • SMS xəbərdarlıq mesajları almaq
    • Öz şəxsi Səsli Mesaj qutunuzu yoxlamaq
    • Səsli Mesaj Xidmətinin dili və seçənəklərini dəyişmək
    Səsli Mesaj Xidmətinin avtomatik aktivləşdirildiyi abunəçilər üçün xidmətin imkanları

    Əgər Sizin Səsli Mesaj Xidmətiniz avtomatik aktivləşdirilibsə, Siz Bakcell-dən bu barədə müvafiq SMS mesajı alacaqsınız. İndi Siz səsli mesajlarınızı həm öz telefonunuzdan, həm də istənilən başqa telefondan dinləyə bilərsiniz.

    Xidməti aktivləşdirmək üçün *137#1# yığın.

    • Sizin üçün saxlanan mesajları öz nömrənizdən dinləmək üçün, 7072 yığın və əsas menyunun göstərişlərini icra edin.
    • Sizin üçün saxlanan mesajları istənilən başqa Bakcell nömrəsindən dinləmək üçün 7071 yığın və əsas menyunun göstərişlərini icra edin.

    Səsli Mesaj qutunuzun mesajlarını başqa telefondan dinləmək üçün öz şəxsi şifrənizi müəyyən etməlisiniz. Bunun üçün mobil nömrənizdən 7072 yığın və sistemin göstərişlərini icra edərək öz Səsli Mesaj qutunuz üçün şifrəni seçin. Şifrənin seçilməsi yalnız ev şəbəkəsi daxilində (yəni rouminqdə olarkən yox) mümkündür.

    Ümumi çıxışdan Səsli Mesaj qutusuna daxil olarkən 7072 nömrəsindən, həm mesajları dinləyə, həm də Səsli Mesaj Xidmətinin seçənəklərini (şifrədən başqa) dəyişə bilərsiniz.

    Səsli Mesaj Xidmətinin rejimlərin seçilməsi

    Xidmətin avtomatik aktivləşdirildiyi bütün abunəçilərdə vahid yönləndirmə rejimi – “zəng çatmır yaxud telefon söndürülüb” rejimi seçiləcək, yəni bütün daxil olan zənglər avtomatik Sizin Səsli Mesaj qutunuza yönləndiriləcək. Lakin Siz Səsli Mesaj Xidmətinin rejimlərini özünüzə rahat olan şəkildə dəyişdirə bilərsiniz.

    • Əgər bütün daxil olan zənglərin hər zaman avtomatik şəkildə Səsli Mesaj Xidmətinə yönləndirilməsini istəyirsinizsə telefonunuzda **21*00994558000000# yığaraq “Bütün zənglər” rejiminə qoşulun
    • Əgər daxil olan zənglərin 30 saniyəlik gözləmədən sonra Səsli Mesaj Xidmətinə yönləndirilməsini istəyirsinizsə, telefonunuzda **61*00994558000000# yığaraq “Cavab yoxdur” rejiminə qoşulun
    • Əgər telefonunuz şəbəkə əhatəsi xaricində olarkən daxil olan zənglərin Səsli Mesaj Xidmətinə yönləndirilməsini istəyirsinizsə telefonunuzda **62*00994558000000# yığaraq “zəng çatmır” rejiminə qoşulun
    • Əgər Siz başqası ilə telefonla danışan zaman daxil olan zənglərin Səsli Mesaj qutunuza yönləndirilməsini istəyirsinizsə telefonunuzda **62*00994558000000# yığaraq “Məşğuldur” rejiminə qoşulun

    Səsli Mesaj Xidmətinin rejimlərinin yoxlanılması
    • “Bütün zənglər” rejimini yoxlamaq üçün telefonunuzda *#21# yığın.
    • “Cavab yoxdur” rejimini yoxlamaq üçün telefonunuzda *#61# yığın.
    • “Zəng çatmır” rejimini yoxlamaq üçün telefonunuzda *#62# yığın.
    • “Məşğuldur” rejimini yoxlamaq üçün telefonunuzda *#67# yığın.

    Səsli Mesaj Xidmətinin rejimlərinin deaktivasiyası
    • “Bütün zənglər” rejimini deaktivasiya etmək üçün telefonunuzda ##21# yığın.
    • “Cavab yoxdur” rejimini deaktivasiya etmək üçün telefonunuzda ##61# yığın.
    • “Zəng çatmır” rejimini deaktivasiya etmək üçün telefonunuzda ##62# yığın.
    • “Məşğuldur” rejimini deaktivasiya etmək üçün telefonunuzda ##67# yığın.
    • Bütün rejimləri deaktivasiya etmək üçün telefonunuzda ##002# yığın.
    Xidməti özləri aktivləşdirən abunəçilər üçün Səsli Mesaj Xidmətinin imkanları
    • Siz Bakcell-in Səsli Mesaj Xidmətini özünüz müstəqil şəkildə aktivləşdirən zaman belə onun bütün imkanlarından faydalana bilərsiniz.
    • Dil seçimini etmək üçün öz nömrənizdən 7072 zəng vurun və sistemin göstərişlərini icra edin.
    • Bundan əlavə bizim Müştəri Xidmətləri Mərkəzlərimizdən birinə gəlməklə və ya Məlumat Mərkəzinə zəng etməklə Səsli Mesaj Xidmətini aktivləşdirə bilərsiniz.
    Rouminqdə Səsli Mesaj Xidməti

    Gözlənilməyən xərclərlə üzləşmənizin qarşısını almaq üçün Səsli Mesajz Xidməti rouminqdə olarkən avtomatik aktivləşdirilmir.

    Buna görə də, əgər xaricdə olarkən də bu xidmətdən istifadə etmək istəyirsinizsə, onu özünüz aktivləşdirməlisiniz. Bunun üçün telefonunuzun menyusunda “Zənglərin yönləndirilməsi” bölməsində +99455800000 nömrəsini daxil edin. Yönləndirmə üçün yeni nömrə daxil olan andan telefonunuza daxil olan cavab verilməmiş bütün zənglər Sizin Səsli Mesaj qutunuza yönələcək.

    Rouminqdə Səsli Mesaj Xidmətini deaktivasiya etmək üçün yönləndirməni söndürünn

    Səsli Mesaj Xidmətinin yönləndirməsinin dayandırılması

    İstənilən dildə aktivləşdirilmiş Səsli Mesaj Xidmətini yönləndirməsini dayandırmaq üçün telefonunuzda *137#0# yığın və ya “Zənglərin yönləndirilməsi” bölməsində yönləndirməni söndürün.

    Səsli Mesaj Xidmətinin ilkin seçənəkləri

    Səsli Mesaj Xidmətini aktivləşdirdikdən sonra şəxsi seçənəklərinizi seçməlisiniz, yəni standart şifrəni (onu ilkin olaraq sistem verəcək) öz şəxsi şifrənizlə əvəz etmək. Bunun üçün, mobil telefonunuzdan 7072 yığın və əsas menyudakı göstərişlərə riayət edin.