download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    XİDMƏTLƏR
    Hamısı sizin rahatlığınız üçün
    XİDMƏTLƏR
    Onlayn ödəniş

    Mobil telefonun balansı Bakcell şirkətinin və ya tərəfdaş bankların İnternet səhifələri vasitəsi ilə artırıla bilər. Bunun üçün abunəçi yükləmə əməliyyatlarını yerinə yetirmək üçün balansında kifayət qədər pul vəsaiti olan etibarlı VISA və ya MasterCard kredit kartına malik olmalıdır. Bu xidmət abunəçilər üçün pulsuz təqdim olunur.


    Yüklənə biləcək minimal məbləğ 1 ₼ təşkil edir. Ödənişin maksimal məbləği 250 ₼-dır. Yükləmə üçün həmçinin natamam məbləğlər qəbul olunur (məsələn, 1.20 ₼).

    Yüklənən məbləğlərin müvafiq etibarlılıq müddəti aşağıdakı cədvəldə göstərilib:
    Yüklənən məbləğ (₼)
    1.00 - 1.99
    2.00 - 2.99
    3.00 - 4.99
    5.00 - 9.99
    10.00 - 19.99
    20.00 - 49.99
    50.00 və yuxarı
    Etibarlılıq müddəti (gün)
    4
    10
    20
    30
    50
    60
    120
    Öncədən ödəniş sistemində olan mobil nömrələrdə:
    1. Nömrəyə edilmiş ödənişin son istifadə tarixi bitdikdə mobil nömrə çıxan zənglər üçün birtərəfli qaydada bağlanır;
    2. Nömrə birtərəfli bağlanandan sonra 30 gün ərzində heç bir ödəniş həyata keçirilmədikdə, nömrədən həm çıxan, həmçinin daxil olan zənglər ikitərəfli qaydada dayandırılır;
    3. Nömrə ikitərəfli bağlanandan sonra 150 gün müddətində nömrənin balansını artırmaqla mobil nömrəni aktiv etmək mümkündür. 150 gün ərzində heç bir ödəniş həyata keçirilməsə bu müddət bitən kimi nömrə ləğv edilir və balansda olan məbləğ silinir. Daha sonra nömrə bərpa edilsə belə, nömrədə məbləğ bərpa edilmir.
    Fakturalı xəttə aid mobil nömrələrdə:
    1. Nömrədə tətbiq edilən istifadə limiti müvafiq həddə çatdıqda, nömrədən çıxan zənglər birtərəfli qaydada bağlanır. İstifadə limiti - abunəçinin mobil nömrəsinə yükləmiş pul və nömrəyə təyin edilmiş limitin cəminə bərabərdir. Nömrənin balansını artırmaqla nömrənin aktivləşdirmək mümkündür;
    2. Yaranmış borc cari ayın sonunadək ödənilməsə, faktura borcuna çevrilir. Faktura borcu abunəçinin ötən ay üçün etdiyi danışıqlar və cari ay üçün olan aylıq abunə haqqından ibarətdir;
    3. Faktura borcu növbəti 30 gün ərzində ödənmədikdə, nömrə çıxan zənglər üçün birtərəfli qaydada bağlanır;
    4. Daha növbəti 30 gün ərzində heç bir ödəniş həyata keçirilmədikdə, nömrəyə daxil olan zənglər də dayandırılacaq və nömrə ikitərəfli qaydada bağlanacaq;
    5. 90 gün müddətində nömrənin balansını artırmaqla mobil nömrəni aktivləşdirmək mümkündür. Bu müddət ərzində heç bir ödəniş həyata keçirilmədikdə nömrə ləğv edilir. Ləğv edilmiş nömrədə yaranmış borc saxlanılır və bu borc abunəçi tərfindən ödənilməlidir.