download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell Business abunəçilərinin nəzərinə!
    19.02.2024

    Mobil internetdən istifadəyə ehtiyacın daim artdığı dövrdə abunəçilər daha böyük tarif planlarına ehtiyac duyur. Bunu nəzərə alaraq, Bakcell şirkəti 1 mart 2024-cü il tarixindən etibarən aşağıda qeyd olunan tarif və xidmətlərin internet trafikinin həcmini artıracaq:

    - “Business Freedom”, “Business Sapphire+”, “Strategic+”, “Strategic Organizations”, “Socar 1” tariflərinin abunəçiləri üçün internet trafikinin həcmi 5+ qat artırılaraq 150 MB-dan 1 GB-a dəyişəcək. Təklif olunan tarifin abunə haqqı 6 AZN təşkil edəcək.

    - "Business 10 New" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 1 GB artırılaraq 3 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 12 AZN təşkil edəcək.

    - "Business 15" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 2 GB artırılaraq 5 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 17 AZN təşkil edəcək.

    - "Business 17 New" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 2 GB artırılaraq 8 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 19 AZN təşkil edəcək.

    Qeyd: "Business 17 New" tarifinin aylıq ödəniş edən korporativ abunəçiləri üçün qiymət 17 AZN olaraq təyin olunacaq. 

    - "Business 25" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 2 dəfə artırılaraq 10 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 28 AZN təşkil edəcək.

    - "Freestyle Ultra" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 15 GB-dan 20 GB-a dəyişəcək. Təklif olunan tarifin abunə haqqı olduğu kimi qalacaq.

    Həmçinin:

    - "Business 12" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 3 dəfə artırılaraq 3 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 14 AZN təşkil edəcək.

    - "Business 17" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 2 dəfə artırılaraq 6 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 19 AZN təşkil edəcək.

    - "Business 22" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 4 GB artırılaraq 9 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 24 AZN təşkil edəcək.

    - "Business 32" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 5 GB artırılaraq 15 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 34 AZN təşkil edəcək.

    - "Business 52" tarifinin abunəçiləri üçün internet trafikinin həcmi 5 GB artırılaraq 55 GB olacaq. Təklif olunan tarifin abunə haqqı 54 AZN təşkil edəcək.

    - “Business Freedom”, “Business Sapphire+”, “Strategic+”, “Strategic Organizations”, “Socar 1”, “Government”, “BP Family”, “Business 5”, “Business 20”, “Professional”, “Business 10”, “Bakcell Freedom +”, “Freedom”  tariflərinin danışıq dəqiqələri bitdikdən sonra fərdi abunəçilər üçün ölkədaxili zənglərin yeni qiymət strukturu 0.07 AZN olaraq dəyişəcək.

    Xatırladaq ki, 18 mart 2024-cü il tarixindən etibarən (texniki səbəblərdən 15.03.24 tarixi 18.03.24-lə əvəzləndi) bəzi internet paketlərində də dəyişiklik olacaq:

    Korporativ abunəçilər üçün

     

    İndividual abunəçilər üçün

    GB

    AZN

    GB

    AZN

    1.5 GB

    5 AZN

    1.5 GB

    6 AZN

    8 GB

    10 AZN

    6 GB

    12 AZN

    15 GB

    15 AZN

    13 GB

    19 AZN

    31 GB

    22 AZN

    31 GB

    29 AZN

    56 GB

    30 AZN

    56 GB

    35 AZN


    Abunəçilər göstərilən dəyişikliklər, şərtlər, tarif və internet paketlərinin digəri ilə əvəz olunması / imtina olunması və s. ilə bağlı məlumatları 7/24 fəaliyyət göstərən 555 Çağrı Mərkəzi, “Bakcell” mobil tətbiqi və www.bakcell.com saytından əldə etmək imkanına sahibdirlər.