download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    XİDMƏTLƏR
    Hamısı sizin rahatlığınız üçün
    XİDMƏTLƏR
    Pulköçürmə

    Yaxınlarınıza və dostlarınıza həmişə əlaqədə olmağa kömək edin!

    Siz öz və ya yaxınlarınızın hesabını ödəmə kartları ilə hər zaman artıra bilərsiniz.


    Öz balansınızdan digər CIN yaxud Klass abunəçisinin balansının artırılması


    Yaxınlarınıza öz balansınızdan limitsiz sayda 20 qəpik göndərin!


    • Telefonunuzda *105* sonra balansını artırmaq istədiyiniz 10 rəqəmli CIN yaxud Klass nömrə və #YES düymələrini yığın.
    • Siz və balansını artırdığınız digər abunəçi çatdırılma haqqında bildiriş mesajı alacaqsınız.
    • Hər bir göndəriş üçün xidmət haqqı 8 qəpik təşkil edir.
    • Xidmətdən həm CIN, həm də Klass abunəçiləri istifadə edə bilər.


    Bakcell abunəçisi digər abunəçinin bağlanmış nömrəsinə “pulköçürmə” yolu ilə 0.20 ₼ göndərərsə, bağlanmış nömrə günün sonunadək aktiv statusunda qalacaq.


    Ödəmə kartları ilə digər abunəçinin balansının artırılması

    Bu pulsuz xidmət vasitəsilə başqa Bakcell abunəçisinin hesabına vahid ödəmə kartını yükləyə bilərsiniz.


    CIN, Klass, Business üçün:


    • Telefonunuzda *101* və vahid ödəmə kartının 15 rəqəmli şifrəsini yığın, sonra # və hesabını artırmaq istədiyiniz 10 rəqəmli Bakcell nömrəsini daxil edin və sonra #YES düymələrini yığın.
    • Siz və balansını artırmaq istədiyiniz digər abunəçiyə çatdırılma haqqında bildiriş mesajı alacaqsınız.


    Yüklənən balansın etibarlılıq müddəti bitəndən sonra (ödəmə kartının etibarlılıq müddəti məbləğə görə dəyişir), nömrə 30 gün ərzində ikitərəfli bağlanır.