download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    XİDMƏTLƏR
    Hamısı sizin rahatlığınız üçün
    XİDMƏTLƏR
    “Sevimli Nömrə” xidməti ilə Siz yaxınlarınızla daha çox ünsiyyətdə olacaqsınız

    Bu xidmətdən istifadə çox sadədir:

    • Asan quraşdırma və aktivləşdirmə
    • SevimliCIN abunəçiləri üçün 5 "Sevimli Nömrə"
    • Business abunəçiləri üçün 3 "Sevimli Nömrə"

    “Sevimli Nömrə” xidmətinin tarif planı üçün CIN və Business tarif planlarına baxın.

    Sevimli Nömrələrin aktivləşdirilməsi

    "Sevimli Nömrə" xidmətini aktivləşdirmək çox asandır

    • "Sevimli Nömrə" xidmətini aktivləşdirmək üçün *109#1# "Sevimli Nömrə" еtmək istədiyiniz 10 rəqəmli Bakcell nömrəsini və #YES yığın;
    • Bundan sonra Siz, bu nömrənin Sizin Sevimli Nömrələr siyahısına əlavə olunduğu və "Sevimli Nömrə" xidmətinin aktivləşdirilməsi barədə mesaj alacaqsınız;
    • Eyni koddan istifadə edərək, SevimliCIN üçün 5 Sevimli nömrə aktivləşdirə bilərsiniz;
    • SevimliCIN abunəçiləri üçün hər Sevimli nömrənin aktivləşdirmə qiyməti - 50 qəpikdir;
    • Business üçün ilk 3 "Sevimli Nömrələr"in aktivləşdirilməsi pulsuzdur. Növbəti nömrələrin aktivləşdirilməsi və dəyişdirilməsi abunəçiləri üçün 1 ₼ təşkil edir.
    Sevimli Nömrənin dəyişdirilməsi

    Siz istənilən zaman Sevimli nömrələrinizi dəyişə bilərsiniz

    • "Sevimli Nömrəni" dəyişmək üçün *109#2#, dəyişmək istədiyiniz 10 rəqəmli Bakcell nömrəsi # "Sevimli Nömrə" etmək istədiyiniz 10 rəqəmli yeni Bakcell nömrəsini və #YES yığın;
    • Bundan sonra Siz, "Sevimli Nömrənizin" dəyişdirildiyi barədə mesaj alacaqsınız;
    • Eyni üsuldan istifadə edərək istədiyiniz qədər "Sevimli Nömrəni" dəyişə bilərsiniz;
    • "Sevimli Nömrəni" dəyişmə qiyməti SevimliCIN abunəçiləri üçün 50 qəpik, Business abunəçiləri üçün isə ilk pulsuz imkanlardan sonra 1 ₼ təşkil edir.
    Hansı nömrələrin Sevimli Nömrələr olduğunu yoxlamaq

    Hansı nömrənin "Sevimli Nömrə" kimi təyin olduğunu istənilən vaxt yoxlaya bilərsiniz

    • "Sevimli Nömrələrin" yoxlanılması üçün sadəcə telefonunuzda *109#3# yığın;
    • Siz "Sevimli Nömrələrinizin" cari siyahısı ilə cavab mesajı alacaqsınız;
    • "Sevimli Nömrənin" yoxlanılması, SevimliCIN abunəçiləri üçün 3 qəpik, Business abunəçiləri üçün isə pulsuzdur.
    İstifadə qaydalarını əldə etmə

    Siz, həmçinin, "Sevimli Nömrələr" xidmətinin istifadə qaydaları haqqında mesaj ala bilərsiniz

    • Təlimatların alınması üçün telefonunuzda *109#4# yığın;
    • Cavab mesajı alacaqsınız;
    • Istifadə qaydalarının alınması pulsuzdur.
    Sevimli Nömrənin ləğv edilməsi

    Siz istədiyiniz zaman nömrəni Sevimli Nömrə siyahısından silə bilərsiniz

    • "Sevimli Nömrənin" ləğv edilməsi üçün telefonunuzda *109#5#, ləğv etmək istədiyiniz 10 rəqəmli Bakcell nömrəsini yığın və #YES düymələrini basın;
    • "Sevimli Nömrənin" ləğv edilməsi barədə cavab mesajı alacaqsınız;
    • "Sevimli Nömrənin" ləğv edilməsi pulsuzdur.