download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Səfərdən əvvəl
    “Bakcell”in bütün CIN və KLASS abunəçiləri üçün rouminq xidməti avtomatik aktivləşir. Eyni zamanda, abunəçilər özləri də rouminq xidmətini deaktivasiya edə, təkrar aktivləşdirə və xidmətin qoşulub-qoşulmamasını öyrənə bilərlər.
    Aktivləşdirmək üçünAktivləşdirmək üçün
    Rouminq statusu öyrənmək üçünRouminq statusu öyrənmək üçün
    Deaktivləşdirmək üçünDeaktivləşdirmək üçün
    Qaydalar
    • Bakcell-in xarici ölkələrdəki tərəfdaşlarının şəbəkəsinə qoşulmaqla siz rahatlıqla zəngləşə, SMS alıb-göndərə və İnternetdən istifadə edə bilərsiniz.
    • Rouminq xidmətinin qoşulması və deaktivasiyası pulsuzdur, aylıq xidmət haqqı yoxdur.
    • Bu xidmət CIN, Klass və Business (korporativ nömrələr istisna olmaqla) tariflərində keçərlidir.
    Tövsiyələr
    • Xarici ölkələrdəki mobil rabitənin ümumi qiymətləri ilə tanış olun. “Qiymətlər və ölkələr”.
    • Xaricdə rouminqdən fəal istifadə etmək istəyirsinizsə, xərclərinizə qənaət etmək üçün Rouminq paketlərini qoşun.
    • Xaricdən balansı artırmağın üsulları ilə tanış olmaq üçün “Balansın artırılması” səhifəsinə daxil olun.
    • Rouminqdə zənglərin tarifikasiyası ilk saniyədən başlayaraq dəqiqə etibarı ilə həyata keçirilir və əgər saniyələr dəqiqəni keçərsə, qiymət daha böyük rəqəmə tərəf tamamlanır. Məsələn, əgər danışıq 1 dəqiqə 10 saniyə davam edibsə, bu zaman zəng 2 dəqiqəyə qədər tamamlanacaq. Zəngin qoşulması üçün heç bir xidmət haqqı tutulmur. GPRS/EDGE/3G üçün tarifikasiya intervalı 40 KB təşkil edir.
    • Telefonunuzda şəbəkənin təyin edilməsi avtomatik rejimdədirsə və rouminq xidməti aktivləşdirilbsə, mümkündür ki, Azərbaycanın sərhədyanı ərazilərində nömrəniz qonşu ölkənin mobil operatorunun rouminq şəbəkəsinə qoşulsun. Bu halda telefonunuzun ekranında qoşulduğunuz rouminq operatorunun adı təsvir ediləcək və bütün mobil rabitə xidmətləri rouminq tarifləri ilə hesablanacaq. Azərbaycan relyefini və radio dalğaların yayılması özəlliyini nəzərə alaraq Azərbaycanın sərhədyanı ərazilərində şəbəkə seçimini özünüz təyin edin və Bakcell şəbəkəsini seçin. Ayarlar haqqında məlumat telefonunuzun təlimatlarında yerləşir və telefonun ayarları barədə məsuliyyət istifadəçinin üzərindədir.
    • Xaricə səfərə getməkdən əvvəl balansınızı optimal məbləğdə artırmağı tövsiyə edirik. Belə ki, rouminqdə olan rabitə qiymətləri yerli qiymətlərdən fərqlənir və xaricdən balansı artırmaq imkanları nisbətən məhduddur.
    Evdən uzaqda olarkən belə, mobil internetdən istifadə edin! GPRS/EDGE/3G/4G rouminq xidməti vasitəsilə siz e-poçtunuzu yoxlaya, fayllar yükləyə, maraqlandıran veb-səhifələrinə baxa, yəni evdəki kimi internetdən istifadə edə bilərsiniz.
    Rouminqdə İnternetin aktivləşdirilməsi
    • Azərbaycanda GPRS rouminq aktivləşdirmək üçün sadəcə ölkəni tərk etməzdən öncə mobil telefonunuzda İnterneti və rouminqi aktivləşdirmək lazımdır. İnterneti aktivləşdirmək üçün telefonun menyusunda “Network Settings” (Şəbəkə ayarları) bölümünə daxil olub APN-ə internet.bakcell.com sözünü yazın.
    • Bundan əlavə Siz xaricdə olarkən belə GPRS rouminq xidmətinizi aktivləşdirə bilərsiniz, amma bunun üçün ölkəni tərk etməzdən əvvəl Sizin zənglər və SMS üçün rouminq xidmətiniz aktivləşdirilməlidir.
    • Sizin tarifiniz üçün İnternetin və rouminqin aktivləşdirilməsi barədə ətraflı məlumatı İnternet saytımızın müvafiq səhifələrindən oxuya bilərsiniz. Lütfən, unutmayın ki, mobil İnternetdən yalnız “Qiymətlər və ölkələr” bölməsində göstərilən ölkələrdə/operatorlarda istifadə edə bilərsiniz.
    Xarici ölkəyə səfər etməkdən əvvəl lütfən rouminq xidməti üçün balansınızda kifayət qədər vəsaitin olmasını dəqiqləşdirin.
    Balansı necə öyrənmək olar?

    Rouminqdə olarkən istənilən vaxt balansınızı öyrənə bilərsiniz. Bunun üçün sadəcə *100# yığın.

    Necə zəng etmək olar?
    • Rouminqdə olarkən öz nömrənizdən zəng etmək üçün beynəlxalq yığım standartına riayət etməlisiniz:

    + [ölkə kodu] [şəhər kodu] [telefonun nömrəsi]

    • Nümunə: Bakıya zəng etmək üçün 055 ХХХ ХХ ХХ əvəzinə +994 55 ХХХ ХХ ХХ qaydası ilə yığın.


    Bakcell Məlumat Mərkəzinə zəng

    Xarici ölkədə olarkən Bakcell Məlumat Mərkəzinə zəng etmək üçün nömrəni beynəlxalq formatda nümunəyə uyğun halda yığın: +994124988989.

    Balansı necə artırmaq olar?

    Rouminqdə olarkən balansınızı artırmaq üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz:

    • Balansınızı artırmaq üçün telefonunuzda

    *101# ödəniş kartının 15 rəqəmli kodu # yığın.

    • Dostunuz sizin balansınızı artırmaq üçün

    *101# ödəniş kartının 15 rəqəmli kodu # abunəçinin nömrəsi #  yığa bilər.

    • Balansınızı onlayn vasitəsi ilə artıra bilərsiniz.