download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Azərbaycanın ən sürətli şəbəkəsinin təqdimatında!

    5G nədir?

    5G ultrasürətli və sabit internet təqdim edən yeni nəsil mobil şəbəkə texnologiyasıdır.


    5G müxtəlif sahələrdə əsl inqilab yaradacaq və həyatımızın bütün sahələrində inanılmaz yeniliklərə təkan verəcək.


    5G virtual aləmdə oyunları daha əlçatan edir, filmləri ən yüksək keyfiyyətdə izləmək, irihəcmli məlumatları anında ötürmək imkanı verir.


    5G vasitəsilə dron texnologiyalarının tətbiqi nəticəsində kənd təsərrüfatında səmərəlilik misli görülməmiş formada artacaq. Ən son cihazların genişmiqyaslı istifadəsi ilə səhiyyədə xəstəliklərin daha erkən diaqnozu və kütləvi monitorinqi mümkün olacaq. 5G "ağıllı" kənd və şəhərlərin, pilotsuz nəqliyyat vasitələrinin istifadəsini yeni zirvələrə qaldıracaq.

    Heyrətamiz 5G üstünlükləri!
    /media/uploads/icons/1_icon.svg
    İnanılmaz yüksək sürət

    1 GB/s-dən yuxarı.
    Və bu hələ son deyil.

    /media/uploads/icons/2_icon.svg
    Ən yüksək siqnal ötürmə

    5G şəbəkəsinə qoşulmuş cihazlarda gecikməsiz bağlantı.

    /media/uploads/icons/3_icon.svg
    Minlərlə cihazın eyni anda şəbəkəyə çıxışı
    Kütləvi tədbirlərdə çoxsaylı cihazların eyni anda kəsintisiz internetdən istifadəsi.

    5G əhatə dairəsi

    • Fəvvarələr meydanı (H.Z.Tağızadə küç.19)
    • Xaqani bağı (Molokan bağı)
    • "Dəniz Mall"
    5g

    5G-ni test edin

    Hal-hazırda ölkədə 5G şəbəkəsinə açıq bəzi cihazlar: iPhone, Samsung, Xiaomi, Huawei, OnePlus, Poco, Vivo smartfonlarıdır. Əgər cihazınız 5G şəbəkəsini dəstəkləmirsə, məyus olmayın. Bakcell sizə 5G sürətini test etmək üçün geniş fürsət təqdim edir. Fəvvarələr meydanında Bakcell 5G guşəsinə yaxınlaşın və supersürəti kəşf edin!

    5G uçuşa hazırdır!
    5G-dən istifadə etmək üçün:
    /media/uploads/icons/1.svg
    Smartfonunuz ölkədəki 5G şəbəkəsinə açıq olmalıdır.
    /media/uploads/icons/2_uhncXQV.svg
    5G əhatə dairəsində olmalısınız.
    /media/uploads/icons/3.svg
    *501*1# yığın və test üçün 5GB hədiyyə əldə edin.
    iconİnnovativ həllər
    5G şəbəkəsinə qoşulmaq üçün SIM kart yenilənməlidir?
    Əgər sizin SIM kartınız 4G LTE şəbəkəsi üçün yararlıdırsa, yeni SIM kart əldə etməyə ehtiyac yoxdur. Həmin SIM kartla 5G şəbəkəsindən rahat faydalanacaqsınız.
    5G şəbəkəsində sürət nə qədərdir?
    5G sürəti 1GB/s-dən başlayır. Siz də “Fəvvarələr meydanında” Bakcell 5G guşəsinə yaxınlaşaraq, yerindəcə 5G şəbəkəsinin sürətini sınaqdan keçirə bilərsiniz.
    5G bahadır yoxsa 4G?
    Bakcell hal-hazırda 5G sınaqları keçirir və şəbəkədən istifadə üçün hədiyyə internet paket təqdim edir. Abunəçilər bu fürsətdən bir dəfə istifadə edə bilər. 5G şəbəkəsindən istifadə əlavə heç bir qiymət fərqi yaratmır.
    Hansı cihazlar 5G şəbəkəsində qoşula bilər?
    Hal-hazırda bəzi iPhone, Samsung, Xiaomi, Huawei, OnePlus, Poco, Vivo smartfonları ölkədə 5G şəbəkəsinə qoşula bilər. Samsung smartfonları yalnız istehsalçı şirkətin icazəsi ilə Azərbaycanda 5G şəbəkəyə qoşula bilər. Müvafiq icazələr əldə edildikdən sonra, proqram təminatları yenilənəcək və cihazlar 5G şəbəkəsinə qoşulacaq. Bakcell müvafiq icazələrin əldə edilməsi üçün ciddi səy göstərir.
    5G şəbəkəsindən necə faydalanmaq olar?
    • Smartfonunuz ölkədə 5G şəbəkəsinə açıq olmalıdır.
    • SIM kartınız 4G LTE şəbəkəsini dəstəkləməlidir.
    • İnternet paketiniz olmalıdır yaxud internet paketi olan tariflərdən birinə abunə olmalısınız.
    Bakcell 5G şəbəkəsi harada mövcuddur?

    Bakcell geniş 5G sınaq əhatə dairəsi qurub. Ünvanlar aşağıda qeyd edilib:

    • Fəvvarələr Meydanı
    • Xaqani bağı (Molokan bağı)
    • “Dəniz Mall”


    Qeyd: Mövcud hava şəraiti, şəbəkə yüklənməsi, 5G şəbəkəsinin təkmilləşdirilməsi işləri sürətin azalmasına səbəb ola bilər.

    Hansı iPhone smartfonlarında 5G dəstəklənir?

    5G şəbəkəsini ən azı iOS 16.4 sistem yenilənməsinə malik "iPhone 12" və daha yeni modellərdə sınamaq mümkündür. Digər smartfon modelləri haqqında məlumatları tezliklə bölüşəcəyik.